14:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Zəfər günü münasibətilə Babək Rayon Polis İdarəsində tədbir keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərancamına əsasən xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən müharibəsində qazanılan misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.
Bu münasibətlə noyabrın 3-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Babək Rayon Polis İdarəsində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Qasım Bayramov, Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Babək Rayon Polis İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
 
 
Tədbir zamanı əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Nihad Sadıxov giriş sözü ilə çıxış edərək vətənimiz Azərbaycanın şanlı zəfər tarixi barədə tədbir iştirakçılarına ümumi məlumat verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Qasım Bayramov 8 Noyabr Zəfər Günü münasibətilə polis əməkdaşlarını təbrik edərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb.
 
 
Qeyd olunub ki, döyüşlər zamanı Azərbaycan Ordusu qüdrətini, Azərbaycan əsgəri gücünü bütün dünyaya nümayiş etdirib, Vətən müharibəsi ilə haqq-ədalət bərpa edilib, xalqımızın otuz ilə yaxın həsrətinə son qoyulub.
Tədbirə Qasım Bayramov yekun vuraraq bildirib ki, bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, qazilərimizə Allahdan şəfa, Vətən üçün canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik!
 
03.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).