23:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarının müdafiəsi diqqət mərkəzindədir.
 
Noyabrın 3-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanları və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə dəyirmi masa keçirilib.
8 Noyabr Zəfər Günü münasibətilə həyata keçirilmiş dəyirmi masada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əlahiddə Ümumqoşun Ordusunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
 
 
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov açılış nitqi ilə çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə şəhid ailələrinə və müharibə iştirakçılarına sosial xidmətlərin göstərilməsi, onların reabilitasiyası, məşğulluqlarının təmin edilməsi, o cümlədən "şəhid" və "şəhid ailəsi" statusunun əldə olunması, "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi, əlilliyin müəyyən edilməsi üçün arayışların verilməsi, onlara tibbi yardımın və digər səhiyyə xidmətlərinin göstərilməsi istiqamətində görülmüş işlər müzakirə olunub.
Tədbir qarşılıqlı diskussiya şəklində davam etdirilib.
 
03.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).