23:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

8 Noyabr Zəfər Günü münasibətilə tədbirlər davam etdirilir.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.
Bu münasibətlə noyabrın 4-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində tədbirlər keçirilib.
Tədbirlər zamanı əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlər çərçivəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında ətraflı söhbətlər aparılıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılıb.
Tədbirlərdə Ombudsmanın əməkdaşları sülhü və sabitliyi təmin edən əsgər və zabitlərimizə bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayıb, qazilərimizə Allahdan şəfa, Vətən üçün canından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 
04.10.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).