15:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

12 Noyabr Konstitusiya Günü münasibətilə tələbələr arasında hüquq olimpiadası keçirilib.
 
 
Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələrlə bağlı muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin konstitusion hüquq və azadlıqlara dair biliklərinin monitorinqi məqsədilə hüquq olimpiadası keçirilib.
11 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində həyata keçirilmiş hüquq olimpiadasında tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən müxtəlif suallar təqdim olunub.
Qeyd etmək lazımdır ki, hüquqşünaslıq ixtisası istisna olmaqla, digər ixtisaslar üzrə təhsil alan tələbələr arasında aparılmış monitorinqin nəticələrinə əsasən hüquq olimpiadasında iştirak etmiş tələbələrin 61%-nin konstitusion hüquq və azadlıqlara dair biliklərinin qənaətbəxş olduğu müəyyən edilib.
Sonda qalib gələn və yüksək bal toplayaraq fərqlənən tələbələrə diplom və hədiyyələr təqdim edilib.

11.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).