21:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Orta İxtisas Polis Məktəbində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Orta İxtisas Polis Məktəbində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayev, Daxili İşlər Nazirliyinin əməkdaşı Kərbalayı Məşdi Babazadə və Orta İxtisas Polis Məktəbinin kursant heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Kərbalayı Məşdi Babazadə açaraq qeyd edib ki, Ombudsman təsisatı ilə həyata keçirilən bu tədbirlər Orta İxtisas Polis Məktəbinin kursant heyətinin hüquqi biliklərinin artırılması və nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayev insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatı sahəsində polisin vəzifələri barədə danışıb.
 
 
Qeyd olunub ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatı bütövlükdə hüquq-mühafizə orqanları sisteminin, eləcə də hər bir polis əməkdaşının vəzifəsidir.
"Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir" deyə çıxış edən S.Babayev vurğulayıb ki, hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla bağlı həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.
Məruzəçi çıxışına əlavə edərək bildirib ki, polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir.
Tədbirin sonunda kursantları maraqlandıran suallar cavablandırılıb.
 
17.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).