1:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə baxış keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, o cümlədən Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
 
 
 
Belə ki, Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinə, Naxçıvan Şəhər Polis İdarəsinin 1 ¹-li Polis Bölməsinə, Şahbuz və Ordubad rayon polis şöbələrinə, o cümlədən Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsinə həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.
 
 
Həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejimində olub. Həyata keçirilmiş başçəkmələr zamanı saxlanılan şəxslər və məhkumlar fərdi və kollektiv qaydada qəbul olunub, konfidensial qəbul çərçivəsində aparılmış söhbət zamanı hər bir məhkum və ya saxlanılan şəxslər üçün telefon əlaqələri, yazışmalar, ailə üzvləri ilə görüş, məlumat əldə etmək imkanları (televiziya, qəzet, radio və s.) öyrənilib.
Sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı müəssisənin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. 
 
 
 
Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinə də başçəkmə həyata keçirib. Başçəkmə zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə və Ahıllar Evinin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müəssisədə saxlanma şəraiti və rəftar, ahıl vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmini vəziyyəti araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər məsələlər öyrənilib.
 
 
Bundan əlavə Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan N saylı hərbi hissənin ön xətdəki bölmələrində xidmət edən hərbi qulluqçuların məişət şəraitinin, onlarla rəftar və hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı hərbi sirr təşkil etməyən obyektlərə baxış olub, şəxsi heyətlə hüquqi maarifləndirmə istiqamətində fərdi və kollektiv söhbətlər aparılıb, hərbi qulluqçuların saxlanma şəraiti, əşya, ərzaq və tibbi təminatının təşkili vəziyyəti monitorinq edilib.
Başçəkmələr zamanı saxlanılan şəxslərlə hüquqi maarifləndirici söhbətlər aparılıb və onlara "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun tələbləri izah edilib. 
 
18.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).