16:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə tədbir keçirilib.
 
Noyabrın 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Təhminə Ələkbərova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin əməkdaşları iştirak edib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Təhminə Ələkbərovanın "20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür" mövzusunda geniş çıxışı dinlənilib, bu tarixi günün yaranması və əhəmiyyəti, həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
 
18.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).