14:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirilib.
 
Noyabrın 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayev, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı İsa Həmidli və N saylı hərbi hissənin çavuş və əsgər heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayevin "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda geniş çıxışı dinlənilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz ölkəmizi istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.
Vurğulanıb ki, ümummilli liderin 12 may 1994-cü il tarixdə cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanılıb, qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılıb, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapıb.
"Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunmuşdular" deyə çıxış edən Sadiq Babayev ulu öndərin yorulmaz və uzaqgörən fəaliyyəti ilə ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun yüksəldildiyini hərbi qulluçuların diqqətinə çatdırıb.
Ombudsmanın əməkdaşı bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Bunun nəticəsidir ki, Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edib.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.
 
23.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).