14:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Əhalinin psixi sağlamlığı ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri" mövzusunda tədbir keçirilib.
 
Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Bu fikirlər noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində keçirilmiş hüquqi maarifləndirmə tədbirində səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Sadiq Babayev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq əhalinin psixi sağlamlığı ilə bağlı muxtar respublikamızda görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizdə əhalinin psixi sağlamlığının qorunması, tibbi yardımın səviyyəsinin yaxşılaşdırılması vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinin ayrılmaz tərkib hissəsidir.
Sonra tədbirdə Ombudsman əməkdaşı Sadiq Babayevin "Əhalinin psixi sağlamlığı ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri" mövzusunda çıxışı dinlənilib.
Vurğulanıb ki, hər bir şəxsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ bir çox beynəlxalq sənədlərdə, xüsusən də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktda və digər beynəlxalq müqavilələrdə öz əksini tapıb.
Ombudsmanın əməkdaşı bildirib ki, psixi pozuntuların mənfi nəticələrinin azaldılması məqsədilə Avropa Regionunun 52 ölkəsinin nümayəndəsi tərəfindən 14 yanvar 2005-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsi və Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planı qəbul edilib. Psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunması Azərbaycan Respublikasının əsas prioritetlərindən biridir. Belə ki, Azərbaycan Respublikası da yuxarıda qeyd edilən Bəyannaməyə imza atıb, Psixi Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəliklər götürüb.
Diqqətə çatıdılıb ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanununa əsasən Ombudsmanın preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanseridir.
Preventiv qrup tərəfindən Dispanserdə müalicə alan pasiyentlərin saxlanma şəraiti, pasiyentlərin milli və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə mütəmadi olaraq başçəkmələr, həmçinin Dispanserin tibb heyəti tərəfindən psixiatriya yardımı göstərilərkən pasiyentlərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, pasiyentlərlə rəftara dair məsələlərlə bağlı hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir. Bütün bunlar isə pasiyentlərin hüquqlarının və qanuni mənafelərinin daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə xidmət edir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
24.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).