20:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmələr həyata keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən cari ilin noyabr ayı ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən, ümumilikdə 16 başçəkmə həyata keçirilib.
 
 
 
Belə ki, Ombudsmanın preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Kəngərli, Şahbuz, Culfa və Ordubad rayon polis şöbələrinə, o cümlədən Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinə, həmçinin Naxçıvan Şəhər Polis İdarəsinin 1 šli Polis Bölməsinə, Culfa Rayon Polis Şöbəsinin Əlincə Polis Bölməsinə, Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin Culfa Dəmiryol Nəqliyyatında Polis Bölməsinə və Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsinə həyata keçirilmiş 9 başçəkmə zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti monitorinq olunub.
Başçəkmələr çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi Rejiminə həyata keçirilmiş 2 başçəkmə zamanı hər bir məhkum və ya saxlanılan şəxslər üçün telefon əlaqələri, yazışmalar, ailə üzvləri ilə görüş, məlumat əldə etmək imkanları araşdırılıb.
Sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı müəssisənin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti yoxlanılıb.
Müvəkkilin Preventiv qrupu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinə də başçəkmə həyata keçirib. Başçəkmə zamanı sosial qayğıya ehtiyacı olan şəxslərlə və Ahıllar Evinin işçi heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müəssisədə saxlanma şəraiti və rəftar, ahıl vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmini vəziyyəti araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər məsələlər araşdırılıb. 
 
 
Noyabr ayında Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtına və N saylı hərbi hissənin ön xətdəki bölmələrinə baxış həyata keçirilib. Başçəkmələr zamanı hərbi qulluqçuların məişət şəraiti, onlarla rəftar və hüquqlarının müdafiəsi vəziyyəti monitorinq olunub.
 
 
Bundan başqa, Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Başçəkmə zamanı Mərkəzdə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələləri, telefon danışıqları ilə bağlı mövcud vəziyyət araşdırılıb, yaşayış və tibb otaqlarına, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxış keçirilib, habelə məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyəti yoxlanılıb.
 
25.11.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).