22:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

10 yaşına çatmış uşağın adı və soyadı onun razılığı olmadan dəyişdirilə bilməz.

  

"Uşaq hüquqları haqqında" Konvensiyanın 12-ci maddəsinə əsasən iştirakçı dövlətlər baxışlarını ifadə etməyə malik olan uşaqlara onlara toxunan bütün məsələlərlə bağlı baxışlarını sərbəst bildirmək haqqı təmin etməlidirlər.
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Məsələn, məhkəmədə "ata adı" yazısının mübahisələndirilməsi, uşağın adının və soyadının dəyişdirilməsi, valideynlik haqlarının bərpa olunması və digər işlərə baxılarkən uşağın rəyini bildirmək hüququ var.
Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Dindirmə uşağın yaşı və inkişafı nəzərə alınmaqla, pedaqoqun iştirakı ilə maraqlı şəxslərin ona təsir göstərmə imkalarını aradan qaldıran şəraitdə aparılmalıdır.
10 yaşına çatmış uşağın adının və soyadının dəyişdirilməsi məsələsi həll olunarkən uşağın razılığının alınması zəruridir.
Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağın ad hüququ uşaq doğulduğu andan vətəndaşlıq alması ilə eyni vaxtda yaranır. Uşağa ad valideynlərin razılığı ilə verilir. Ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.
Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın müddəaları nəzərə alınmaqla həll olunur. Müvafiq icra hakimiyyəti orqanı (yårli icrà hàkimiyyətlərinin qəyyumluq və himàyə îrqànlàrı) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Qəyyumluq və himayə orqanı belə icazəni verərkən uşaqların maraqlarını əsas tutmalıdır. Uşaq 10 yaşına çatıbsa, ad və soyadın dəyişdirilməsi üçün uşağın da razılığı tələb olunur. Uşağın adının və soyadının dəyişdirilməsinə valideynlərdən biri, yaxud qəyyumluq və himayə orqanı razılıq verməzsə, məsələ məhkəmə yolu ilə həll oluna bilər.
Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı (yårli icrà hàkimiyyətlərinin qəyyumluq və himàyə îrqànlàrı) bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.
Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı (yårli icrà hàkimiyyətlərinin qəyyumluq və himàyə îrqànlàrı) uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir.
Bütün hallarda adı və soyadı dəyişdirilən uşağın yaşı 10-dan yuxarıdırsa, uşağın adı və soyadının dəyişdirilməsi üçün onun razılığı olmalıdır.
30.11.2022

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).