19:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

  Dövlət Yol Polisi İdarəsində tədbir keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Samir Tarverdiyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Kərbalayı Məşdi Babazadə, Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Tədbirdə İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasovun "Yol Patrul Xidməti əməkdaşının yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibətləri" mövzusunda çıxışı dinlənilib. Bildirilib ki, "Polis haqqında" Azərbaycan Respublikası Qanununda yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə əməl edilməsinə nəzarət etmək, yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək, avtomobil yollarında hərəkətin məhdudlaşdırılması səbəbləri barədə məlumat vermək, inzibati xətaların qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək dövlət yol polisinin əsas fəaliyyət istiqamətləri sırasında göstərilib.
 
 
Qeyd olunub ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanuna əsasən Yol Patrul Xidməti inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Bununla yanaşı, nəqliyyatdan istifadə mədəniyyətinin artırılması üçün ilk növbədə yol hərəkəti əməkdaşları və hər bir vətəndaş özünün və digər şəxslərin həyat və sağlamlığının qorunması üçün səy göstərməli, öz üzərinə düşən vətəndaşlıq vəzifələrini layiqincə yerinə yetirməlidir.
Həmçinin Yol Patrul Xidməti əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilmiş tədbirlər və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.
 
01.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).