19:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sədərək Rayon İcra Hakimiyyətində informasiya sahibi olan dövlət orqanları ilə tədbir keçirilib.
 
Dekabrın 2-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Sədərək Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
 
 
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısının müavini Pərviz Ağayev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov giriş nitqi ilə çıxış edərək tədbirin mahiyyəti, ölkəmizdə, o cümlədən muxtar respublikamızda informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - məhkəmədənkənar müdafiə mexanizmi kimi" mövzusunda çıxış edərək Müvəkkil tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması barədə tədbir iştirakçılarına məlumat verib.
 
 
Daha sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Samir Tarverdiyevin "İnformasiya əldə etmək hüququnun təmin edilməsi" mövzusunda çıxışı dinlənilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
 
02.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).