17:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili" mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Mühafizə Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Sadiq Babayev, Samir Tarverdiyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Nihad Sadıxov və Mühafizə Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.



Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elim-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Sadiq Babayevin "İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili" mövzusunda çıxışı dinlənilib.
Qeyd olunub ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biri olan ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycan Respublikasının dünya miqyasında sivil, demokratik, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət kimi imicinin möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir. Bu mənada ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüquqlarının təminatında hüquq mühafizə orqanlarının və onların ayrı-ayrı strukturlarının müstəsna rolu vurğulanıb.
Bildirilib ki, "Polis haqqında" Azərbaycan Respublikası Qanununda ictimai asayişin qorunmasında vətəndaşlarla əməkdaşlıq, qanunla müəyyən edilmiş vəzifələrinin icrasında geniş vətəndaş iştirakçılığına nail olunması, əhalinin bütün qrup və təbəqələri ilə qarşılıqlı əlaqələrin və etimad mühitinin möhkəmləndirilməsi üzrə tədbirlər görmək mühafizə polisinin əsas fəaliyyət istiqamətləri sırasında göstərilib. Cinayətkarlığa qarşı səmərəli mübarizə aparılmasını təmin edən başlıca məqamlardan biri kimi ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.
05.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).