16:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
 
Dekabrın 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Rəmzi Həsənov, Samir Tarverdiyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Sədi Fərəcov, müvafiq zastavaların əsgər və çavuş heyəti iştirak edib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əməkdaşı Rəmzi Həsənovun "10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür" və "Hərbi qulluqçuların müraciət etmək hüququ" mövzularında çıxışı dinlənilib.
 
 
Tədbirlərdə Beynəlxalq İnsan Hüquqları Gününün tarixi əhəmiyyəti, habelə Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ, hərbi qulluqçuların bu hüquqdan yalnız fərdi qaydada istifadə etməsi və hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməsi prinsipləri tədbir iştirakçıların diqqətinə çatdırılıb.

 
07.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).