20:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirlər keçirilib.

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi 10 dekabr 1948-ci il tarixdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib. Həmin tarixdən etibarən hər il bu tarixi gün bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində və Səhiyyə Nazirliyinin Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Aysel Nəcəfli, Sadiq Babayev, Samir Tarverdiyev, müvafiq müəssisələrin əməkdaşları və hərbi qulluqçular iştirak edib.


Tədbirlərdə çıxış edənlər Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları və əhəmiyyəti barədə məlumat verərək bildirib ki, Bəyannamə bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərdə tutur.


Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Komissiyasının 17 aprel 1998-ci il tarixli qətnaməsində göstərilir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütün ölkələr və xalqlar üçün ümumi etalon qismində qəbul olunur və gələcək təkamül üçün əsas sayılır. Həmin qətnaməyə görə dövlətlərə tövsiyə edilir ki, insan hüquq və azadlıqlarının tam həcmdə həyata keçirilməsi məqsədilə beynəlxalq əməkdaşlıq genişləndirilməli və milli səviyyədə səylər gücləndirilməlidir.
Tədbirlərdə Bəyannamənin qəbulunun beynəlxalq münasibətlərin inkişafında yeni mərhələ olmaqla yanaşı, insan hüquqlarına dair qəbul edilmiş digər beynəlxalq sənədlərə və dövlətlərin daxili qanunvericiliyinin inkişafına öz təsirini göstərdiyi vurğulanıb.
08.12.2022

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).