21:43 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman cəzaçəkmə müəssisələrində məhkumların islah edilməsi və vəzifələri mövzusunda tədbir keçirib.

Dekabrın 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi və Ümumi rejim-2 bölmələrində, o cümlədən 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Rəmzi Həsənov, Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak edib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Asiman Abbasovun Ciddi rejim bölməsində "Məhkumların islah edilməsi və onun əsas vasitələri", Ümumi rejim-2 bölməsində "10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür" mövzularında, habelə Rəmzi Həsənovun 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası Qanununun izahı" mövzusunda çıxışları dinlənilib, mövcud qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
08.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).