19:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

10 dekabr 1948-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Mediasiya Təşkilatının iştirakı ilə 9 dekabr 2022-ci il tarixdə 1 günlük ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilib.



Naxçıvan şəhər, Babək və Şahbuz rayon sakinləri üçün Naxçıvan Şəhər Məhkəməsində, Sədərək, Şərur və Kəngərli rayon sakinləri üçün Şərur Rayon Məhkəməsində, habelə Ordubad və Culfa rayon sakinləri üçün Culfa Rayon Məhkəməsində təşkil olunan aksiyanın əsas məqsədi muxtar respublika sakinlərinin ödənişsiz hüquqi yardım almalarına köməklik göstərməkdən ibarətdir.



Aksiya zamanı 45 nəfər sakinə ödənişsiz vəkil və mediasiya xidmətləri göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, qanunvericiliyin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib.


09.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).