12:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın tapşırığına əsasən Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirib.



Sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı müəssisənin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.



Həmçinin həmin gün Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində hüquqi maarifləndirmə tədbiri keçirilib.



Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Qasım Bayramov, Rəmzi Həsənov, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin əməkdaşı Ayaz Əliyev, məktəbin müəllim və şagird heyəti iştirak edib.
Giriş nitqi edən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin əməkdaşı Ayaz Əliyev muxtar respublikada uşaqlara hərtərəfli qayğı göstərilməsi, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili və cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi sahəsində həyata keçirilmiş tədbirlər və görülən işlər barədə məlumat verib.



Sonra Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova "Uşaq hüquqları və məsuliyyət" mövzusunda çıxış edərək bildirib ki, ölkəmizdə uşaqlara qayğı dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilərkən insan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarına xüsusi diqqət yetirilib. Bu prosesdə uşaqların tədricən insan hüquqları obyektindən, müstəqil insan hüquqları subyektinə çevrilməsi həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması müşahidə olunur.
Qeyd edilib ki, uşaq hüquqlarının pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur. Bu səbəbdən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi, hüquqlarının qorunmasını, onların layiqli vətəndaş kimi formalaşdırılmasını özünün ən mühüm vəzifələrindən biri hesab edir.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.



17.01.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).