16:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Növbəti başçəkmələr həyata keçirilib.


Müvəkkilin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilib.
Psixi Xəstəliklər Dispanserinə başçəkmə zamanı orada müalicə alan şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, istirahət otağına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.


Başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı müəssisədə müalicə alan şəxslər qəbul edilərək konfidensial qaydada dinlənilib və saxlanma şəraitindən şikayət edilməyib.
Həmçinin, Naxçıvan Şəhər Polis İdarəsinin 1 šli Polis Bölməsinə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirib. Beynəlxalq və milli qanunvericiliyə uyğun təşkil olunmuş başçəkmə zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qeydiyyat kitablarına baxış keçirilib.
Başçəkmələr çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, o cümlədən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Yetkinlik yaşına çatmayan məhkumlar üçün rejimində olunub.


Başçəkmələr zamanı bu müəssislərdə saxlanma şəraiti və rəftar məsələləri, eləcə də hər bir məhkum və ya saxlanılan şəxslər üçün telefon əlaqələri, ailə üzvləri ilə görüş, müraciət etmək hüququ və məlumat əldə etmək imkanları araşdırılıb.
Məhkumlar fərdi və kollektiv qaydada qəbul olunub, müraciətlər qeydə alınıb. Fərdi və konfidensial qəbul zamanı məhkumlara hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub.


02.02.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).