13:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman təsisatında media nümayəndələri ilə görüş keçirilib.


Fevralın 6-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri ilə görüşü keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və Ombudsmanın əməkdaşları, "Şərq qapısı" qəzetinin baş redaktoru, "Nuhçıxan" İnformasiya Agentliyinin baş redaktoru, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, "Şərq qapısı" qəzetinin, "naxcivanxeberleri.com" saytının əməkdaşları, o cümlədən İctimai TV və Radio Yayımları Şirkətinin, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, APA İnformasiya Agentliyinin və Baku TV internet televiziyasının Naxçıvan üzrə bölgə müxbirləri iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış edərək Ombudsman tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması barədə tədbir iştirakçılarına məlumat verib.
Təbdirdə iştirak edən media nümayəndələri ölkəmizdə informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər, informasiya sahiblərinin bu istiqamətdəki vəzifələri, informasiya sorğularının icrası barədə məlumatlandırılıblar.
Diqqətə çatdırılıb ki, media və jurnalist hüquqlarının müdafiəsi, kütləvi informasiya vasitələrinin nümayəndələrinin hüquqi biliklərinin artırılması məqsədilə bu tipli tədbirlərin təşkili xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
06.02.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).