7:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva internat məktəbindəki uşaqlara baş çəkib.


Fevralın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib.


Başçəkmədə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlama şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub. Ombudsman uşaqlarla fərdi və kollektiv söhbətlər aparıb.
Başçəkmə zamanı aşkar olunmuş çatışmazlıqlarla bağlı müəssisə rəhbərinə görülməli tədbirlər haqqında tapşırıq və tövsiyələr verilib, müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici müzakirələr aparılıb.


11.02.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).