15:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva hərbi qulluqçularla görüşüb.


Muxtar respublikada hərbi qulluqçuların hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Fevralın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva tərəfindən Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan N saylı hərbi hissəyə başçəkmə həyata keçirilib.


Başçəkmə zamanı Ombudsman tərəfindən müəssisənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, asudə vaxtın təşkili və tibbi-sosial xidmətin təmin olunması vəziyyəti öyrənilib.
Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə əsgər heyəti Ombudsman tərəfindən ümumi və fərdi şəkildə qəbul edilərək konfidensial qaydada dinlənilib.
Ümumi qaydada qəbul zamanı hərbi qulluqçuların hüquqlarının daha etibarlı və səmərəli müdafiəsi ilə bağlı tapşırıq və tövsiyələr verilib, hüquqi maarifləndirici söhbət aparılıb.


16.02.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).