13:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları şəhid ailəsini ziyarət edib.


Fevralın 17-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Emin Sadiqovun ailəsini ziyarət edib.
Görüşdə Ombudsmanın əməkdaşları şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz qanları bahasına torpaqlarımızı düşməndən azad etdiklərini vurğulayıb, şəhidin ailəsinə səbir diləyiblər.
Görüş zamanı müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da xatirələrinin əziz tutulmasından və ailələrində mövcud olan problemlərin dərhal aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb. Şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılıb, qeyd olunan məsələlərin nəzarətdə saxlanılacağı və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Şəhidin anası Gülşad Rüstəmova qeyd edib ki, Azərbaycanın şanlı Qələbə tarixini qanları ilə yazan, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən Azərbaycanın qəhrəman oğullarının qanı yerdə qalmayıb. Bildirib ki, şəhidlik zirvəsinə yüksələn E.Sadiqov Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Görüşün yekununda şəhid ailələrinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim xüsusi diqqət mərkəzində saxlanılacağı, Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinə işğal altında olan torpaqlarımızın azad edilməsinə görə dərin minnətdarlıq hissi duyulduğu bildirilib.
18.02.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).