12:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman nümayəndələri hərbi qulluqçuların hüquqi maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığının birgə təşkilatçılığı ilə hərbi qulluqçularla hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Sadiq Babayev, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşı Coşqun Cəfərov və hərbi hissənin çavuş, əsgər və zabit heyəti iştirak edib.
Ombudsman Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asiman Abbasov "Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası vətənin müdafiəsini onun hər bir vətəndaşının borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməni isə vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyən edir.
Bildirilib ki, çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn cinayətləri, o cümlədən hərbi hissəni (xidmət yerini) özbaşına tərk etmə və ya fərarilik hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Daha sonra hərbi və cinayət qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verilib, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi nizamnamələr mövzusunda suallar cavablandırılıb.
20.02.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).