4:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva ahıl şəxslərə baş çəkib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərin hüquqlarının təmini vəziyyətinin araşdırılması məqsədilə başçəkmələr davam etdirilir.
Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"nə başçəkmə həyata keçirilib.


Başçəkmə zamanı Ombudsman tərəfindən "Ahıllar Evi"ndə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.
Ombudsman sosial qayğıya ehtiyacı olan şəxsləri ümumi və fərdi şəkildə qəbul edərək konfidensial qaydada dinləyib, onların qanuni mənafelərinin müdafiəsi, sosial fəaliyyətinin səmərəli təşkili və həyat keyfiyyətinin yüksəldilməsi sahəsində müəssisənin işinin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verib.


20.02.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).