16:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva Psixi Xəstəliklər Dispanserinə başçəkmə həyata keçirib.


Muxtar respublikada sosial qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Fevralın 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.


Başçəkmə zamanı Ombudsman tərəfindən Psixi Xəstəliklər Dispanserində müalicə alan şəxslərin saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, istirahət otağına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi və tibbi-sosial xidmətin təmin olunması vəziyyəti öyrənilib.
Xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə Ombudsman tərəfindən müəssisədə müalicə alan şəxslər fərdi və konfidensial qaydada qəbul olunub.
Başçəkmə zamanı müalicə alan şəxslərin hüquq və mənafelərinin müdafiəsi, həyat keyfiyyətinin yüksəldilməsi sahəsində müəssisənin işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.
28.02.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).