19:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman təsisatında tələbələrlə görüş keçirilib.


Martın 2-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında gənclərin hüquqi maarifləndirilməsi, hüquqi düşüncə və hüquq mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi məqsədi ilə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin könüllü tələbələri ilə görüş keçirilib.
Görüşün əvvəlində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı barədə ətraflı məlumat verilib və elektron təqdimat nümayiş olunub. Daha sonra tələbələr təsisatın struktur bölmələri və iş prosesi ilə tanış olublar.
Yekunda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva insan hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, muxtar respublikada ona əməl edilməsi, təmini vəziyyətinin öyrənilməsi, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması barədə görüş iştirakçılarına məlumat verib.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
02.03.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).