10:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva məhkum qadınlarla görüşüb.


Martın 7-də Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadınlar bölməsində cəza çəkən məhkum qadınlarla görüşüb.
Görüş zamanı Ombudsman Günay Rzayeva cəmiyyətin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin olunması, onların islahı və hüquqi maariflənməsi sahəsində təsisat tərəfindən görülən işlər haqqında məlumat verib. Ombudsman qadın məhkumları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Görüşdə qadın məhkumları maraqlandıran suallar cavablandırılıb.
07.03.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).