12:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Aysel Nəcəfli, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Amil Hacıyev, Heydər Əliyev adına Hərbi Liseyin zabit və kursant heyəti iştirak edib.


Tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verən Əlahiddə Ümumqoşun Ordu Komandanının hüquq işlər üzrə köməkçisi, ədliyyə mayoru Amil Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın təhlükəsiz gələcəyinə təminat verən çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri olan ordu quruculuğu prosesini şəxsi heyətin diqqətinə çatdırıb.
Ombudsman aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asiman Abbasov mövzu ilə bağlı çıxış edərək bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni bir mərhələnin təməli qoyulub.
Bildirilib ki, ulu öndərin yüksək sərkərdəlik bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti ordumuzdakı mürəkkəb problemlərin həllinin, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasının, eləcə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun yüksəldilməsi işində uğurlu nəticələrin əldə olunmasının əsası hesab olunur.

09.03.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).