13:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

 Növbəti başçəkmələr həyata keçirilib.


 Daxili İşlər və Ədliyyə nazirliklərinin tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən bir sıra başçəkmələr həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə, o cümlədən Culfa Rayon Polis Şöbəsinə və Əlincə Bölməsinə həyata keçirilmiş başçəkmələr zamanı polis heyəti ilə hüquqi maarifləndirici söhbət aparılıb, qeydiyyat kitablarına baxış keçirilib, saxlanılan şəxslərin beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilib.


Həmçinin Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ciddi rejim bölməsinə həyata keçirilmiş başçəkmə zamanı saxlanma şəraiti və rəftar məsələləri öyrənilib, bütün yataqxana tipli yaşayış otaqlarına, görüş otaqlarına baxış keçirilib, telefon danışıqları, görüşlərin verilməsi və sənədləşmənin aparılması vəziyyəti araşdırılıb.
Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu əsasında təşkil olunmuş başçəkmələr zamanı məhkumlar fərdi və kollektiv qaydada qəbul olunub. Fərdi və konfidensial qəbul zamanı məhkumlara hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub.

30.03.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).