12:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sərhədçilərin hüquqlarının müdafiəsi diqqətdə saxlanılır.


Sərhədçilərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə aprelin 4-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının tabeliyində olan N saylı sərhəd zastavalarında başçəkmələr həyata keçirilib. Başçəkmələr zamanı müəssisənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.
Başçəkmələr zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı zastavaların əsgər və çavuş heyəti ümumi və fərdi şəkildə qəbul edilərək konfidensial qaydada dinlənilib.

 
Həmçinin həmin gün "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Ombudsmanın əməkdaşları Rəmzi Həsənov, Həsən Həsənov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Fazil Bünyadov, müvafiq zastavaların əsgər və çavuş heyəti iştirak edib.
Tədbirdə Ombudsmanın əməkdaşı Rəmzi Həsənovun "Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması" mövzusunda çıxışı dinlənilib. Beynəlxalq humanitar hüquq anlayışı, bu hüququn tətbiq sahəsi, prinsipləri və əsas normaları, qəbul edilmiş beynəlxalq hüquqi sənədlərin müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra Ombudsmanın əməkdaşı Həsən Həsənov "Hərbi informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi" mövzusunda çıxış edərək Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti, dövlət informasiya ehtiyatlarının qorunması, hərbi informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq normativ-hüquqi aktlar, doktrinalar və qəbul edilmiş xüsusi dövlət proqramları haqqında məlumat verib.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşları tərəfindən cavablandırılıb.

05.04.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).