8:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzindəki uşaqlara baş çəkib.


Aprelin 13-də Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı ombudsman tərəfindən uşaqlarla kollektiv söhbətlər aparılıb, yataq, sinif və oyun otaqlarına, oyun bağçasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, saxlanma şəraiti, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.
Mərkəzin işçi heyəti ilə hüquqi maarifləndirici müzakirələr aparılıb, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri, müvəkkilin səlahiyyətləri, hüquq və vəzifələri izah edilib, aşkar olunmuş çatışmazlıqlarla bağlı görülməli tədbirlər haqqında tövsiyələr verilib.

13.04.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).