20:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Heydər Əliyev və qadın hüquqları" mövzusunda tədbir keçirilib.


Aprelin 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Qızlar Liseyində "Heydər Əliyev və qadın hüquqları" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Aysel Nəcəfli, Elnarə Hüseynova, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mətanət Əliyeva, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Pərvanə Hüseynova, liseyin müəllim və şagird heyəti iştirak edib.
Tədbirdə Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Mətanət Əliyeva giriş sözü ilə çıxış edərək bu il anadan olmasının 100-cü ildönümü xalqımız tərəfindən böyük ehtiramla qeyd edilən görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsi, dövlət qadın siyasətinin formalaşdırılması və inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırıblar.


Naxçıvan Muxtar Respublikası Prokurorluğunun böyük prokuroru Pərvanə Hüseynova "Qadın hüquqlarının pozulmasına görə məsuliyyət" mövzusunda çıxış edərək qadın hüquqlarının pozulmasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəb olması, eləcə də bu sahədə məhkəmə təcrübəsi və cəza siyasəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Sonra Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Aysel Nəcəfli "Qadın hüquqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda çıxışında ulu öndər Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri kimi qadın hüquqlarının müdafiəsi sahəsində görülən işlər və qadınların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün sistemli şəkildə həyata keçirilmiş tədbirlər barədə danışıb.
Tədbirin sonunda akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

19.04.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).