7:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.


Aprelin 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin tabeliyində olan Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Vahidə Bayramova, Həsən Həsənov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Nizami Nəcəfov, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin məhkumları və əməkdaşları iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru ədliyyə kapitanı Nizami Nəcəfov tədbirin keçirilməsinin məqsədi barədə ətraflı məlumat verərək, "Cəzaçəkmə müəssisələrində rejim və onun əsas tələbləri" mövzusunda çıxış edib. Vurğulanıb ki, cəzaçəkmə müəssisələrində rejim qanunla və normativ hüquqi aktlarla müəyyən olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası və çəkilməsi qaydasıdır. Rejim məhkumların mühafizəsini və təcrid olunmasını, onlara daim nəzarət edilməsini, onların hüquq və azadlıqlarının həyata keçirilməsini, işçi heyətinin və məhkumların şəxsi təhlükəsizliyini, cəzaçəkmə müəssisəsinin məhkəmə tərəfindən təyin edilmiş növündən asılı olaraq, müxtəlif saxlanılma şəraitini, cəzanın icrası şərtlərinin dəyişdirilməsini təmin edir.
Sonra Müvəkkil aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Həsən Həsənov "Məhkumların əsas vəzifələri" mövzusunda çıxış edərək, məhkumların qanunvericiliklə müəyyən olunmuş və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etmələri, cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

20.04.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).