18:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Xüsusi Təyinatlı Dəstəsində tədbir keçirilib.
 
 
 
Aprelin 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Xüsusi Təyinatlı Dəstəsində hüquqi maarifləndirmə tədbiri keçirilib. 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Qasım Bayramov, Rəmzi Həsənov və Xüsusi Təyinatlı Dəstənin hərbi qulluqçuları iştirak edib.
Tədbirdə Qasım Bayramov giriş sözü ilə çıxış edərək Daxili qoşunların fəaliyyətində Ümumilli Lider Heydər Əliyevin rolu barədə danışıb.
Sonra Ombudsmanın əməkdaşı Rəmzi Həsənov Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyət istiqamətləri və hərbi qulluqçuların hüquq və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib.
 
  
Həmin gün Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Xüsusi Təyinatlı Dəstəsində başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı Dəstənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya, idman zalına, tibb məntəqəsinə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, asudə vaxtın təşkili və tibbi-sosial xidmətin təmin olunması vəziyyəti öyrənilib.
Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə əsgər heyəti ümumi və fərdi şəkildə qəbul edilərək konfidensial qaydada dinlənilib.
 
25.04.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).