14:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

 Aprel ayında 10 başçəkmə həyata keçirilib.



Aprel ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Ədliyyə, Daxili İşlər nazirliklərinin, Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının tabeliyində olan müəssisələrə əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 10 başçəkmə həyata keçirilib.

Başçəkmələr zamanı saxlanılan şəxslər fərdi və kollektiv qaydada qəbul olunub, konfidensial qəbul çərçivəsində aparılmış söhbət zamanı hər bir şəxs üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, qəzet və s.), tibbi xidmətin təşkili vəziyyətinin qənaətbəxş olduğu müəyyən edilib və həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun rəftar edildiyi, onların hüquqlarının təmin olunduğu müşahidə edilib.


Saxlanılan şəxslər ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, qeydiyyat kitablarına baxış keçirilib, onların hüquqlarının beynəlxalq və milli qanunvericiliyə uyğun şəkildə təmin olunması vəziyyəti öyrənilib.


Həmçinin saxlanılan şəxslərin qanuni mənafelərinin müdafiəsi, sosial fəaliyyətinin səmərəli təşkili və həyat keyfiyyətinin yüksəldilməsi sahəsində müəssisələrin işinin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələr verib.


29.04.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).