17:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Vətəndaş cəmiyyəti institutlarının müasir modelinin banisi - Ümummili Lider Heydər Əliyev" mövzusunda tədbir keçirilib.
 
 
Mayın 11-də Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.
"Vətəndaş cəmiyyəti institutlarının müasir modelinin banisi - Ümummili Lider Heydər Əliyev" mövzusunda keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Ədliyyə Nazirliyinin əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Zülfü İsmayılov giriş sözü ilə çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlərin təməlinin məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra mövzu ətrafında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Mətin Allahverdiyevin "Vətəndaş cəmiyyəti institutlarının müasir modelinin banisi-ümummilli lider Heydər Əliyev", Ədliyyə Nazirliyinin əməkdaşları Həbibə Əliyevanın "Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin müasir tələblərə uyğun qurulmasında Heydər Əliyevin rolu", Reyhan Sadiqovanın "Heydər Əliyev dövlət-vətəndaş cəmiyyəti institutlarının müasir modelinin yaradıcısıdır" mövzularında çıxışları dinlənilib.
Tədbir qarşılıqlı diskussiya şəraitində davam edib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

12.05.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).