20:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman Günay Rzayeva "Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev" mövzusunda keçirilən konfransda iştirak edib.
 
 
Mayın 11-də Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə "Naxçıvan Saray" Kompleksində "Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev" mövzusunda konfrans keçirilib.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Konfransda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxladığını, qadın hüquqlarının qorunmasında mühüm addımlar atıldığını, bu istiqamətdə müvafiq qərarlar qəbul olunduğunu vurğulayıb.
Ombudsman Günay Rzayeva qeyd edib ki, 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mühüm rol oynayıb, Azərbaycan Respublikası Konstitusiyasında kişi ilə qadının eyni hüquq və azadlıqları təsbit edilib.
Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.
 
12.05.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).