19:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir.
 
Mayın 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Rəmzi Həsənov, Həsən Həsənov, Əlahiddə Ümumqoşun Ordunun zabiti Xəyal Əliyev və hərbi hissənin əsgər heyəti iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Həsən Həsənovun "İnsan hüquqlarının səmərəli təminat mexanizmi-Ombudsman" mövzusunda çıxışı dinlənilib, qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
18.05.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).