13:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Kəngərli rayonunda informasiya sahibi olan dövlət orqanları ilə tədbir keçirilib.


Mayın 24-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Kəngərli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və informasiya sahibi olan digər dövlət orqanlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Möhbalıyev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti, ölkəmizdə informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.


Sonra Müvəkkil aparatının əməkdaşlarından Sadiq Babayev "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) - məhkəmədənkənar müdafiə mexanizmi kimi", Mətin Allahverdiyev isə "İnformasiya əldə etmək hüququnun təmin edilməsi" mövzularında çıxış edərək Müvəkkil tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması barədə tədbir iştirakçılarına məlumat veriblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

24.05.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).