8:01 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə muxtar respublikanın ümumtəhsil məktəblərində interaktiv dərs keçirilib.


Mayın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş interaktiv dərs keçirilib.
Naxçıvan şəhərində yerləşən Kimya-Biologiya Təmayüllü Liseydə həyata keçirilmiş interaktiv dərs zamanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Türkan Gülməmmədli "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nün yaranması və əhəmiyyəti, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verib.
Qeyd olunub ki, beynəlxalq konvensiyalarda və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda uşaqların hüquq bərabərliyi, yaşamaq və inkişaf etmək, həyat və sağlamlığının mühafizəsi, ad və vətəndaşlıq almaq, tərbiyə almaq, ailədə yaşamaq, şərəf və ləyaqətinin müdafiəsi, azadlıq və şəxsi toxunulmazlıq, istirahət, ictimai təşkilatlarda birləşmək, zəruri maddi təminat hüquqları, fikir və söz azadlığı, məlumat azadlığı, yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ və digər hüquqları təsbit olunub.
Vurğulanıb ki, ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı ilə bağlı ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ardıcıl islahatlar həyata keçirilib, dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb.
Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.
30.05.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).