13:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Qanvermə aksiyası keçirilib.


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə hemofiliyalı, talassemiyalı və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Aksiyada donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb, könüllülər tibbi müayinədən keçirilib, infeksion xəstəliklərə qarşı yoxlama aparılıb. Aksiyada işçtirak edən könüllülərdən 6 litr qan toplanılaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasının qan bankına təhvil verilmişdir. Xeyirxahlıq aksiyası muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan hemofiliyalə, talassemiyalı və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyır.

30.05.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).