22:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Ümummilli lider Heydər Əliyev və uşaq hüquqları" mövzusunda tədbir keçirilib.


Mayın 31-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "Ümummilli lider Heydər Əliyev və uşaq hüquqları" mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə "Heydər Əliyev və uşaq hüquqları" adlı videoçarx nümayiş olunub.


Giriş sözü ilə çıxış edən Müvəkkil aparatının əməkdaşı Vahidə Bayramova və Təhsil Nazirliyinin əməkdaşı Mətanət Əliyeva tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.


Sonra Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov "Uşaqların üstün maraqlarına dair beynəlxalq normalar", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Könül Babayeva "Ümummilli lider Heydər Əliyevin dövlət uşaq siyasəti" və Təhsil Nazirliyinin əməkdaşı Aygül Məmmədova "Uşaqların təhsil hüququnun formalaşmasında Heydər Əliyevin rolu" mövzusunda çıxış ediblər.


Sonda muxtar respublikada hüquqi maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hazırlanaraq nəşr edilən "Sağlamlıq imkanları məhdud uşaqların hüquqi müdafiəsi" adlı məlumat kitabçası tədbir iştirakçılarına paylanılıb.

31.05.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).