12:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Uşaqları zərərli vərdiş və informasiyalardan qoruyaq" mövzusunda tədbir keçirilib.


İyunun 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə "Uşaqları zərərli vərdiş və informasiyalardan qoruyaq" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ombudsmanın və Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti iştirak edib.
Giriş sözü ilə çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Nilgün İbrahimova tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verərək, ümumtəhsil müəssisələrində hüquqi maarifləndirmə sahəsində birgə həyata keçirilmiş tədbirlərin rolundan danışıb.


Sonra Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov mövzu ilə bağlı çıxış edərək bildirib ki, uşaqlar üçün zərərli informasiya dedikdə, onlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatlar nəzərdə tutulur.
Qeyd olunub ki, uşaqların zərərli vərdiş və informasiyalardan qorunması sahəsində hüquqi maarifləndirmə işinin genişləndirilməsi xüsusi əhəmiyyətə malikdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

07.06.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).