7:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.


İyunun 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Müvəkkil aparatının əməkdaşları Rəmzi Həsənov, Mətin Allahverdiyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tofiq Bayramov və müvafiq zastavaların çavuş və əsgər heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Tofiq Bayramov açaraq qeyd edib ki, Ombudsmanın birgə təşkilatçılığı ilə sərhəd zastavalarında bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib, bu kimi tədbirlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsində əvəzsiz rol oynayıb.
Sonra Ombudsmanın əməkdaşı Rəmzi Həsənovun "Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı" mövzusunda çıxışı dinlənilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb.
Daha sonra davam etdirilən hüquqi maarifləndirmə tədbirlərində "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmi kimi" və "Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hüquqları, vəzifələri və məsuliyyəti" mövzularında iştirakçılara ətraflı məlumat verilib.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın əməkdaşları tərəfindən cavablandırılıb.

09.06.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).