22:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasında hüquqi maarifləndirmə tədbiri keçirilib.


İyunun 9-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının birgə təşkilatçılığı ilə " Ümummilli lider Heydər Əliyev və Milli İnsan Hüquqları Günü" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Asiman Abbasov giriş sözü ilə çıxış edərək insan hüquqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.
Sonra Müvəkkil aparatının əməkdaşı Rəmzi Həsənov mövzu ilə bağlı çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədi ilə bir sıra mühüm addımlar atılıb, müxtəlif hüquq müdafiə mexanizmlərinin səmərəli fəaliyyət göstərməsi üçün hüquqi və maddi-texniki bazanın formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

12.06.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).