20:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İnsan Hüquqları Günü münasibətilə "Açıq qapı" aksiyası keçirilib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə muxtar respublikanın ayrı-ayrı rayon və şəhərlərində "Açıq qapı" aksiyası keçirilib.
İyun ayı ərzində keçirilmiş aksiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Ədliyyə, Daxili İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Mədəniyyət, Kənd Təsərrüfatı nazirlikləri, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası, Naxçıvan Mediasiya Təşkilatı və yerli icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə muxtar respublika sakinlərinin müraciətləri dinlənilib.
Qeyd edək ki, "Açıq qapı" aksiyası zamanı sakinlərin müraciətləri araşdırılaraq mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün rəsmiləşdirilib, onları maraqlandıran suallar cavablandırılıb, qanunvericiliyin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib, ayrı-ayrı dövlət qurumları tərəfindən araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə qeydə alınaraq nəzarətə götürülüb.

16.06.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).