13:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Heydər Əliyev və insan hüquqlarının inkişafı" mövzusunda tədbir keçirilib.


İyunun 16-da ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və "İnsan Hüquqları Aylığı" çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının iclas zalında aparatın əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış edərək qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədidir. Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra ölkədə həyata keçirilən çoxşaxəli islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təminatına yönəlib.
Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Günay Rzayeva ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində ümummilli lider Heydər Əliyevin atdığı tarixi addımlar, qəbul edilmiş dövlət proqramları, həyata keçirilmiş hüquqi islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

16.06.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).