11:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Heydər Əliyev Azərbaycanda hüquq islahatlarının banisidir" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.


İyunun 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin tabeliyində olan Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində "Heydər Əliyev Azərbaycanda hüquq islahatlarının banisidir" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və Ədliyyə Nazirliyinin əməkdaşı Nizami Nəcəfov tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Sonra Müvəkkil aparatının əməkdaşı Rəmzi Həsənov çıxış edərək, ümummilli lider Heydər Əliyevin dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsindəki xidmətləri barədə ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

21.06.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).